Ümumi müddəalar
Bu Məxfilik siyasəti "OGLSN MOBILITY" MMC-nin (bundan sonra — Şirkət) ogelsin.az domeni və Şirkətə məxsus digər veb səhifələr (bundan sonra — Veb sayt) üzərindən xidmətlər haqqında məlumat alan, müraciət formalarını dolduran və ya Şirkətlə əlaqə saxlayan şəxslərin fərdi məlumatlarının toplanılması, işlənilməsi, saxlanılması və mühafizəsi qaydalarını müəyyən edir.
Bu siyasət Azərbaycan Respublikasının "Fərdi məlumatlar haqqında" Qanunu və digər müvafiq normativ-hüquqi aktlara uyğun olaraq hazırlanmışdır.
Şirkət Veb sayt istifadəçilərinin və ziyarətçilərinin fərdi məlumatlarının işlənilməsinə görə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq operator qismində məsuliyyət daşıyır.
Fərdi məlumatların işlənilməsində məqsəd
Şirkət fərdi məlumatları yalnız qanuni, əvvəlcədən müəyyən edilmiş və bu siyasətdə göstərilmiş aşağıdakı məqsədlərlə işləyir:
- xidmətlər və tariflər barədə müraciətlərin qəbul edilməsi;
- müştəri ilə əlaqə saxlanılması;
- sifariş və ilkin müraciətlərin idarə olunması;
- xidmət keyfiyyətinin artırılması;
- istifadəçilərin suallarının cavablandırılması.
Şirkət fərdi məlumatları qanunvericilikdə nəzərdə tutulmayan məqsədlərlə istifadə etmir.
Toplanılan fərdi məlumatlar
Veb sayt üzərindən istifadəçilər tərəfindən müraciət formaları vasitəsilə könüllü və açıq razılıq əsasında aşağıdakı fərdi məlumatlar təqdim edilə bilər:
- ad və soyad;
- mobil telefon nömrəsi;
- maraq göstərilən xidmət və ya tarif haqqında məlumat.
Şirkət Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan xüsusi kateqoriyalı fərdi məlumatları (sağlamlıq vəziyyəti, biometrik və genetik məlumatlar və s.) məqsədli şəkildə toplamır və emal etmir.
Ödənişlər və üçüncü tərəf xidmətləri
Veb sayt üzərindən birbaşa ödənişlərin qəbulu həyata keçirilmir. İstifadəçi ödəniş etmək istədikdə, müvafiq üçüncü tərəf ödəniş platformasına yönləndirilir.
Şirkət bank kartı məlumatlarını, ödəniş rekvizitlərini və ya digər maliyyə məlumatlarını toplamır, saxlamır və emal etmir.
Texniki məlumatlar
Xidmət keyfiyyətinin artırılması və veb saytın düzgün işləməsi məqsədilə avtomatik olaraq aşağıdakı texniki məlumatlar toplanıla bilər:
- IP ünvanı;
- brauzer növü;
- əməliyyat sistemi;
- səhifələrə baxış statistikası.
Bu məlumatlar istifadəçinin şəxsiyyətinin birbaşa müəyyən edilməsi məqsədi daşımır və yalnız ümumi statistik və analitik məqsədlər üçün istifadə olunur.
Fərdi məlumatların saxlanılması və mühafizəsi
Toplanılan fərdi məlumatlar onların emal məqsədləri üçün zəruri olan müddət ərzində saxlanılır və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun texniki və inzibati təhlükəsizlik tədbirləri ilə mühafizə olunur.
Şirkət fərdi məlumatların icazəsiz girişdən, dəyişdirilmədən, açıqlanmadan və məhv edilmədən qorunması üçün müasir təhlükəsizlik tədbirləri tətbiq edir.
Fərdi məlumatların ötürülməsi
Şirkət fərdi məlumatları üçüncü şəxslərə satmır, icarəyə vermir və kommersiya məqsədləri ilə ötürmür.
Yalnız aşağıdakı hallarda məlumatların ötürülməsi mümkündür:
- istifadəçinin açıq razılığı olduqda;
- qanunvericiliyin tələblərinə əsasən dövlət orqanlarının rəsmi sorğusu olduqda.
Fərdi məlumatların məhv edilməsi
İstifadəçinin qanunvericiliklə müəyyən edilmiş qaydada müraciəti əsasında və ya fərdi məlumatların saxlanılması və emal edilməsi məqsədi aradan qalxdıqda, həmin məlumatlar qanunvericiliyin tələblərinə uyğun şəkildə məhv edilir.
Subyektin hüquqları
Fərdi məlumatların subyekti aşağıdakı hüquqlara malikdir:
- fərdi məlumatlarının işlənilməsi barədə məlumat almaq;
- fərdi məlumatlarının dəqiqləşdirilməsini və ya silinməsini tələb etmək;
- fərdi məlumatlarının işlənilməsinə verilmiş razılığı geri götürmək;
- fərdi məlumatların mühafizəsi ilə bağlı Şirkətə müraciət etmək.
Məxfilik siyasətinə dəyişikliklər
Şirkət bu Məxfilik siyasətini istənilən vaxt yeniləyə bilər. Yenilənmiş versiya Veb saytda dərc edildiyi andan qüvvəyə minir.
Əlaqə
Fərdi məlumatların mühafizəsi ilə bağlı sual və müraciətlər üçün: