Öz vaxtınızı
Vaxtınızı geri alırsınız.
Ən vacib işlərinizə yönəlirsiniz.
Siz məsuliyyəti bizə həvalə edirsiniz.
Biz vaxtınızı sizə qaytarırıq.
Tapşırığı bizə verin. Sizin əvəzinizə
təşkil edək, danışaq, nəzarət edək və
nəticəni sizə çatdıraq.
Vaxtınızı geri alırsınız.
Ən vacib işlərinizə yönəlirsiniz.
Məsuliyyəti və gedişatı biz daşıyırıq.
Gərginliyi sizdən uzaqlaşdırırıq.
Hər şey nəzarətdə olur.
Siz rahat şəkildə nəticəni alırsınız.
“Əsas qərarı siz verirsiniz.
Qalanını biz üzərimizə götürürük.”
Sizi yalnız qərarınız həqiqətən lazım olduqda narahat edirik.
ETİBAR İNSANDAN BAŞLAYIR
Elnur — OGƏLSİN-in təsisçisi
Məxfilik bizim üçün prinsipdir.
Sənədləşdirmə və
qurumlarla işlər
Daşınmaz əmlakla bağlı
təşkilati məsələlər
Təmir və tikinti
nəzarəti
Avtomobil və texniki
məsələlər
Açarların təhvili və
əmlakın qəbulu
Yaxın insana qayğı və
məsul müşayiət
Bizə nə həvalə edildi, nə etdik və müştəri
hansı nəticəni aldı?
Avtomobildən qatı ağ tüstü çıxır, mühərrik isə qeyri-adi səslər verirdi. Müştəriyə təmirin 1000–1200 AZN ola biləcəyi deyilmişdi.
Avtomobili götürdük, diaqnostikanı təşkil etdik, problemin səbəbini dəqiqləşdirdik, təmiri razılaşdırdıq və icraya nəzarət etdik.
Problem 350 AZN təmir xərci ilə həll olundu. OGƏLSİN xidmət haqqı 350 AZN təşkil etdi.
Mənzil sahibi tam kosmetik təmir və yenilənmənin təşkilini bizə həvalə etdi. Sahib prosesdə şəxsən iştirak edə bilmirdi.
Ustaları seçdik, iş planını və materialları razılaşdırdıq, təmir prosesini mərhələ-mərhələ nəzarətdə saxladıq və gedişatı sahibə çatdırdıq.
Müştəri prosesdə iştirak etmədən yenilənmiş və yaşamağa hazır mənzili təhvil aldı.
Xaricdə yaşayan övlad yaşlı anasının müayinələrdə və sənəd məsələlərində müşayiət olunmasını xahiş etdi.
Həkim təyinatlarını təşkil etdik, lazımi ünvanlara hörmətlə müşayiət etdik və sənəd məsələlərini sonadək izlədik.
Yaşlı ana lazımi qayğı və diqqəti aldı; övlad isə uzaqda olmasına baxmayaraq arxayın oldu.
Sahibləri uzaqda olan boş mənzilə mütəmadi nəzarət və qulluq göstərilməsi.
Mənzili müntəzəm yoxladıq; texniki vəziyyəti, təmizliyi və təhlükəsizliyi nəzarətdə saxladıq, hər ziyarətdən sonra sahibləri məlumatlandırdıq.
Mənzil hər zaman səliqəli, təhlükəsiz və istifadəyə hazır vəziyyətdə qaldı.
Həllin mürəkkəbliyi, vaxtı və məsuliyyət dərəcəsi nəzərə alınır.
Sadə tapşırıqlar 20 AZN-dən başlayır.
Tapşırığı öz sözlərinizlə yazın.
Detalları dəqiqləşdirib
həll yolunu təklif edəcəyik.