+994 70 253 50 00

BAKIDA FƏRDİ
KONSYERJ XİDMƏTİ

Vaxt edə bilmədiyiniz, yığılıb qalan
şəxsi işlərinizi bizə həvalə edin.

Sizin əvəzinizə
təşkil edək, danışaq, nəzarət edək
və nəticəni sizə çatdıraq.

WhatsApp-da yazınZəng edinNəyi həll etmək lazımdır? Tapşırığınızı bizə izah edin.

Bu xidmətdən istifadə edərək nə qazanacaqsınız?

Öz vaxtınızı qənaət edirsiniz

Biz sizin tapşırığı həll etdiyimiz müddətdə,
siz öz vaxtınızı biznesinizə, ailənizə və ya istirahətinizə xərcləyə bilərsiz.

Əsəbləriniz sakit qalır

Siz işin həlli ilə əlaqədar stressli vəziyyətlərdən uzaq qalırsınız.
Tapşırdığınız işin həll etmək üçün bütün danışıqları aparmaq, nəzarət etmək, tıxaclarda gözləmək və səbrlə işi yekunlaşdırmaq bizim üzərimizdə olur.

Rahatlığınızı pozmursunuz

Tapşırdığınız işlə əlaqədar məsələləri düşünmürsüz, nəzarət etmirsiniz. Sadəcə bizə həvalə edirsiz — və unudursuz.
Hər bir detal biz tərəfdə nəzarətdə olur. Sonda isə "həll olundu" nəticəsini alırsınız.

Sizin əvəzinizə və
sizin maraqlarınız
naminə hərəkət edirik

“Əsas qərarı siz verirsiniz.
Qalanını biz üzərimizə götürürük.”
  1. 01Tapşırığınızı dinləyirik və detalları aydınlaşdırırıq
  2. 02Plan qurur və ən uyğun həll yolunu seçirik
  3. 03Sizin əvəzinizə əlaqə qurub təşkil edirik
  4. 04Gedişatı izləyir, nəzarətdə saxlayırıq
  5. 05Məsələni sonadək həll edirik
  6. 06Nəticəni sizə təqdim edib təsdiqləyirik

Sizi yalnız qərarınız həqiqətən lazım olduqda narahat edirik.

OGƏLSİN - Arxasında şəxsi reputasiyaya əsaslanan xidmətdir.

İndiki zəmanədə ən nadir dəyərlərdən biri - etibarlı olmaqdır. Həssas və şəxsi bir məsələnizi həll etmək üçün rahatlıqla etibar edə biləcəyiniz bir insanı tanımaq - zəmanəmizdə lüks sayılır.

Mən hər zaman elə yaşamağa çalışmışam ki, məni tanıyanlar mənə etibar edə bilsinlər. Heç kimə əmanət edə bilmədiyiniz işləri rahatlıqla mənə və komandama həvalə edə bilərsiz. Nəticədən razı qalacağınıza əminəm.

Elnur Pənahəliyev — OGƏLSİN-in qurucusu

Bizə həvalə edə biləcəyiniz
işlərə nümunələr.

Sənədləşdirmə və
qurumlarla işlər

Daşınmaz əmlakla bağlı
təşkilati məsələlər

Təmir və tikinti
nəzarəti

Avtomobil ilə bağlı
məsələlər

Alqı-satqı
işləri

Yaxın insana qayğı və
müşayiət

Tapşırığı WhatsApp-da müzakirə et

Real tapşırıqlar. Real nəticələr. Gördüyümüz işlərdən nümunələr.

Bizə nə həvalə edildi, nə etdik və müştəri hansı nəticəni aldı?

01

Gözləniləndən xeyli aşağı xərcə
həll olunan avtomobil problemi

Nə tapşırılmışdı?

Avtomobildən qatı ağ tüstü çıxır, mühərrik isə qeyri-adi səslər verirdi. Müştəriyə təmirin 1000–1200 AZN ola biləcəyi deyilmişdi.

Nə etdik?

Avtomobili götürdük, diaqnostikanı təşkil etdik, problemin səbəbini dəqiqləşdirdik, təmiri razılaşdırdıq və icraya nəzarət etdik.

Müştəri nə əldə etdi?

Problem 350 AZN təmir xərci ilə həll olundu. OGƏLSİN xidmət haqqı 135 AZN təşkil etdi.

Nəticə konkret avtomobilin vəziyyətinə aiddir və digər tapşırıqlar üçün qiymət fərqli ola bilər.
02

Açar təhvildən
hazır mənzilədək

Nə tapşırılmışdı?

Mənzil sahibi kirayə məqsədi ilə aldığı evin tam kosmetik təmir və yenilənmənin təşkilini bizə həvalə etdi. Ev sahibi vaxt azlığına görə prosesdə şəxsən iştirak edə bilmirdi.

Nə etdik?

İlkin olaraq evdə olan köhnə mebel və lazımsız əşyaların atılmasını təşkil etdik. Daha sonra ustaları seçdik, iş planını və büdcəni razılaşdırdıq, təmir prosesini mərhələ-mərhələ nəzarətdə saxladıq və gedişatı ev sahibinə çatdırdıq. Təmir sonra evi təmizlətdirdik. Yeni əşyaları evə daşınmasını təmin etdik.

Müştəri nə əldə etdi?

Müştəri prosesdə iştirak etmədən yenilənmiş və yaşamağa hazır mənzili təhvil aldı. OGƏLSİN xidmət haqqı 300 AZN təşkil etdi.

Hər layihənin həcmi və şərtləri fərdi olaraq razılaşdırılır.
03

Xaricdə yaşayan övladın
əvəzinə yaxın insana dəstək

Nə tapşırılmışdı?

Xaricdə yaşayan övlad yaşlı anasının müayinələrdə və sənəd məsələlərində müşayiət olunmasını xahiş etdi.

Nə etdik?

Həkim təyinatlarını təşkil etdik, lazımi ünvanlara hörmətlə müşayiət etdik və sənəd məsələlərini sonadək izlədik və həll etdik.

Müştəri nə əldə etdi?

Yaşlı ana lazımi qayğı və diqqəti aldı; övlad isə uzaqda olmasına baxmayaraq arxayın oldu. OGƏLSİN xidmət haqqı bir neçə ziyarət olduğu üçün 200 AZN təşkil etdi.

Məxfilik və şəxsi hörmət belə tapşırıqlarda bizim üçün prioritetdir.
04

Sahibləri uzaqda olan mənzil
daim hazır vəziyyətdə

Nə tapşırılmışdı?

Sahibləri uzaqda olan boş mənzilə mütəmadi nəzarət və qulluq göstərilməsi.

Nə etdik?

Mənzili müntəzəm yoxladıq; texniki vəziyyəti, təmizliyi və təhlükəsizliyi nəzarətdə saxladıq, hər ziyarətdən sonra sahibləri məlumatlandırdıq.

Müştəri nə əldə etdi?

Mənzil hər zaman səliqəli, təhlükəsiz və istifadəyə hazır vəziyyətdə qaldı. OGƏLSİN xidmət haqqı 50 AZN təşkil etdi.

Nəzarətin tezliyi və həcmi müştəri ilə əvvəlcədən razılaşdırılır.

Qiymət yalnız görüləcək işdən asılı deyil

Həllin mürəkkəbliyi, vaxtı və məsuliyyət dərəcəsi nəzərə alınır.
Sadə tapşırıqlar 20 AZN-dən başlayır.

Vaxt edə bilmədiyiniz
işiniz varmı?

Tapşırığı öz sözlərinizlə yazın.
Detalları dəqiqləşdirib
həll yolunu təklif edəcəyik.

WhatsAppZəng et